Kateqoriyalar
Gürcüstanda növbəti – 2022-2023-cü tədris ilindən etibarən şahmat məcburi fənn kimi tədris olunacaq.
Aktual.ge məlumat verir ki, bu barədə qərarı Təhsil və Elm naziri Mixeil Çxenkeli qəbul edib.
Qərara əsasən, şagirdlər şahmatı I sinifdən başlayaraq öyrənəcəklər.
İntellektual idman növünün orta təhsil müəssisələrində tədrisi üçün Gürcüstanın Milli Şahmat Federasiyası ilə birgə hazırlıq işləri aparılır.
Qərarda qeyd olunub ki, şahmat təhsil alanların diqqət, konsentrasiya, yaddaş, təhlil, məntiq, qərar qəbulu, məkanda səmtləşmə kimi bacarıqlarını yaxşılaşdırır.
Şahmatın təhsil sistemintdə tətbiqi Avropa İttifaqının 2012-ci ildə qəbul etdiyi bəyannamədə nəzərdə tutulub.