Gürcüstanın din xadimlərinin Azərbaycana səfəri başlayıb - FOTO
19.05.2022 15:34
395
Mədəniyyət
A
Gürcüstanın din xadimlərinin Azərbaycana səfəri başlayıb - FOTO

Gürcüstanın müsəlman din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Aktual.ge xəbər verir ki, bu haqda Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər səfirliyin təşkilatçılığı və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.

Bildirilib ki, nümayəndə heyətinin səfəri may ayının 23-dək davam edəcək.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, Bakıda təşkil olunacaq şəhər turunda iştirak edəcəklər.

Gürcüstan nümayəndə heyəti, həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Şuşa şəhərlərinə səfər edəcəklər.

ŞƏRH YAZ
2