Misir gürcüstanlı
20.05.2022 11:24
548
Kriminal
A
Misir gürcüstanlı "qanuni oğru"nu bu ölkəyə ekstradisiya etdi

Misir cinayət ierarxiyasında yüksək mövqe tutan gürcüstanlı "qanuni oğru" David Gerlianini Rusiyaya ekstradisiya edib.

Aktual.ge xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Naziriyinin rəsmisi İrina Volk deyib.

Rusiya DİN-in məlumatına görə, Gerliani 2014-cü ildən kriminal lider sayılır. Gürcüstanlı avtoritetin yaratdığı cinayətkar qruplaşmanın sahibkarlardan haqq aldığı bildirilir.

2021-ci ilin aprelində Gerliani haqqında qiyabi hökm çıxarılıb. Bu ilin martında isə Misir polisi tərəfindən saxlanılıb.

ŞƏRH YAZ
2