Azərbaycana səfər edən din xadimləri Füzuli Beynəlxalq Hava Limanında olublar
22.05.2022 00:57
282
Dünya
A
Azərbaycana səfər edən din xadimləri Füzuli Beynəlxalq Hava Limanında olublar

Xəbər verdiyimiz kimi, Azərbaycanda səfərdə olan Gürcüstanın müsəlman din xadimlərinin işğaldan azad olunan Qarabağ bölgəsindəki  Füzuli Beynəlxalq Hava limanında olub.

Aktual.ge məlumat verir ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov gürcüstanlı rühanilərə hava limanı barədə məlumat verib.

O, bildirib ki, Füzuli Beynəlxalq Hava limanı minatəmizləmə işlərinin aparılması da daxil olmaqla 8 ay ərzində başa çatdırılıb. Hazırda aeroporta Türkiyə və Rusiyadan reyslərin qəbul edilməsi üçün ilkin razılıqlar əldə edilib. Bundan əlavə hava limanında yaradılan şərait, həmçinin Zəngilan və Laçın hava limanları barədə qonaqlara ətraflı məlumat verilib.

Səfərin yekununda din xadimləti Füzulinin mərkəzində şəhərin xarablığa çevrilən qalıqlarını ziyarət ediblər. A.İmanov Füzuli şəhərinin bir hissəsinin açıq hava muzeyi kimi saxlanılacağını bildirib.

ŞƏRH YAZ
2