Türkiyə ordusu 12 terrorçunu məhv etdi
22.05.2022 16:41
190
Dünya
A
Türkiyə ordusu 12 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında daha 12 terrorçu zərərsizləşdirilib.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, terrorçular Suriya ərazisində “Fərat qalxanı” və “Zeytun budağı” hərbi əməliyyatlarının keçirildiyi bölgədə məhv edilib. Onların türk hərbiçilərinə qarşı terror aktı planlaşdırdıqları müəyyən olunub.

ŞƏRH YAZ
0