“Meymun çiçəyi” virusu dünyaya yayılmağa başladı
22.05.2022 00:05
782
Dünya
A
“Meymun çiçəyi” virusu dünyaya yayılmağa başladı

Dünya çiçək virusunun bir növü olan “meymun çiçəyi”ndən danışır.

Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, Afrika mənşəli virus demək olar ki, hər keçən dünyaya yayılır.

Böyük Britaniyada bu gün 11 yeni yoluxma halı aşkarlanaraq, mövcud sayı 20-yə yüksəlib. İspaniyada 14 yeni yoluxma qeydə alınaraq, ümumi sayı 21-ə çatıb. ABŞ, Kanada, Belçika, Fransa, Portuqaliya, İtaliya, İsveç, Almaniya, Avstraliya və İsraildən sonra İsveçrə də bu gün ilk yoluxmanın qeydı alındığını açıqlayıb. 

Belçikada "meymun çiçəyi" virusunun 4 gün davam edən bir festivaldan yayıldığı müəyyən edilib. Festivalın təşkilatçıları virusun tədbirə xaricdən gələn insanlar tərəfindən ötürüldüyünü açıqlayıb və Səhiyyə Nazirliyi də bunu təsdiqləyib.

Məlumat üçün bildirək ki, ilk dəfə 1958-ci ildə meymunlarda aşkar edilən virus insanlar arasında ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.  Qısa müddətdə 11 Afrika ölkəsinə yayılan virus ilk dəfə 2003-cü ildə Afrikadan kənarda ABŞ-da yayılıb. Daha sonra 2018-ci ildə Böyük Britaniya və İsrail, 2019-cu ildə Sinqapur və 2021-ci ildə ABŞ-dan Afrikaya səyahət edən bəzi insanlarda meymun çiçəyi virusuna rast gəlinib.

ŞƏRH YAZ
6