İraq sakinlərinə xəbərdarlıq: Məktəblər bağlandı, uçuşlar dayandırıldı
23.05.2022 02:02
346
Dünya
A
İraq sakinlərinə xəbərdarlıq: Məktəblər bağlandı, uçuşlar dayandırıldı

İraqda axşam saatlarında başlayan və ölkəni iki gün əsir alacaq qum fırtınası səbəbiylə sabah qeyri-iş günü elan edilib.

Aktual.ge mılumat verir ki, İraqın Nəqliyyat Nazirliyi ölkənin bütün hava limanlarında uçuşları dayandırıb.

Həmçinin, baş nazir Mustafa Əl-Kaziminin göstərişi ilə sabah bütün dövlət idarələri və məktəblərdə tətil elan edilib.

Qərar yalnız sağlamlıq və təhlükəsizlik xidmətləri göstərən qurumlara şamil edilməyib.

Axşam saatlarında başlayan fırtına səbəbindən ölkə yollarında görmə məsafəsinin 1 kilometrdən aşağı düşəcəyi gözlənilir.

Vətəndaşlara evdən çıxmamaq barədə xəbərdarlıq edib.

ŞƏRH YAZ
1