Rusiyadan Ukrayna ilə danışıqlar barədə AÇIQLAMA: “Hazırıq”
23.05.2022 02:15
290
Siyasət
A
Rusiyadan Ukrayna ilə danışıqlar barədə AÇIQLAMA: “Hazırıq”

“Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin danışıqları dondurmaq təklifi hər dəfə Kiyevdən gəlib”.

Aktual.ge xəbər verir ki, bunu Belarusun ONT kanalına müsahibəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.

“Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkidirmək üçün yox” – deyə Medinski vurğulayıb.

ŞƏRH YAZ
2