Bu ilin 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstandan kartof ixracı 2,7 dəfə artıb.
Aktual.ge xəbər verir ki, bu haqda Milli Statistika İdarəsinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, 2022-ci ilin yanvar-aprel aylarında Gürcüstandan 15 291 ton (2,941 milyon dollar), 2021-ci ilin ilk dörd ayında isə 5 517 ton (1,388 milyon dollar) məhsul ixrac olunub.
2022-ci ilin yanvar-aprel aylarında Gürcüstandan kartofun ixrac olunduğu ölkələrin siyahısı belədir:
Azərbaycan - 10 973 ton (1 337 milyon dollar)
Rusiya - 3 567 ton (1,477 milyon dollar)
Ukrayna - 369 ton (39,1 min ABŞ dolları).
Moldova - 185 ton (18,5 min ABŞ dolları)
Ermənistan - 151 ton (55,5 min ABŞ dolları)
Estoniya - 44 ton (13,2 min ABŞ dolları)
Statistikaya görə, Rusiya 3 567 ton məhsula görə Azərbaycandan daha çox pul ödəyib.