Müxalifət bunun əleyhinədir deyib, ölkə gündəmini silkləyəcək açıqlama verdi
23.05.2022 11:42
483
Siyasət
A
Müxalifət bunun əleyhinədir deyib, ölkə gündəmini silkləyəcək açıqlama verdi

"Biz radikal müxalifəti Gürcüstanın Avropa İttifaqına namizəd statusunu qəbul etməsinə qarşı təbliğatı dayandırmağa çağırırıq".

Aktual.ge xəbər verir ki, bunu hakim "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze partiyanın mərkəzi qərargahında keçirdiyi brifinqdə deyib.

"Bizdə olan məlumata görə, radikal müxalifətdən olan bəzi siyasətçilər Gürcüstanın Avropa İttifaqına namizədliyinə qarşı təbliğat aparırlar",-deyən İ.Kobaxidze əlavə edib:

“Gürcüstan bütün parametrlərdə Ukrayna və Moldovanı qabaqlayır. Nəticə etibarı ilə Aİ-nin yalnız siyasi qərarı qalıb. Yalnız Gürcüstanda iğtişaşlar törətmək, ölkəmizi müharibəyə cəlb etmək istəyənlər Gürcüstanın Aİ üzvlüyünə namizəd kimi qəbul edilməsinə qarşı çıxa bilərlər. Ona görə də biz radikal müxalifəti heç olmasa bir dəfə öz çirkin subyektiv niyyətlərini bir kənara qoymağa və Gürcüstana qarşı ajitasiyanı, təbliğatı dayandırmağa çağırırıq. Bizdə konkret məlumat var ki, radikal müxalifətdən bəzi siyasətçilər dəhlizlərə, kabinetlərə gedib Gürcüstanın Avropa İttifaqına namizədliyinə qarşı təbliğat aparırlar".

ŞƏRH YAZ
5