23.05.2022 13:07
211
Siyasət
A
"Bidzina İvanişvili haqda yayılanlar saxtadır" - Kobaxidze

"Bidzina İvanişvilinin rus oliqarxı olması barədə yayılanlanlar (Məlumat -Red.) saxta olduğunu bilirsinizmi?!".

Aktual.ge məlumat verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze hakim partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfrasında söyləyib.

O, Bidzina İvanişvilinin 10 il ərzində Rusiya ilə nə biznes, nə də siyasət baxımından heç bir əlaqəsinin olmadığını qeyd edib.

“Məsələ burasındadır ki, Qamsaxurdiya dövründə ləğv edilmiş “Cənubi Osetiya” bölgəsinin sərhədləri yenidən demarkasiya edilmiş, 'Milli Hərəkat' tərəfindən alternativ seçkilər keçirilmiş, Rusiyanın ölkəmizin 20%-ni almasına zəmin hazırlamışdı. Yəni ondan əvvəl Rusiya Gürcüstanda sabit irəliləyiş əldə etmişdi və bizim hakimiyyət dövründə bu irəliləyiş dayandırılmışdı. Qərbə inteqrasiyaya gəldikdə isə 2008-ci ildən 2012-ci ilə qədər bu proses tamamilə dalana dirənib və dayandırılıb. Siz indi Bidzina İvanişviliyi rus oliqarxı adlandırırsınız ancaq bu tamamilə saxtadır”, - deyə "Gürcü Arzusu"nun sədri söyləyib.

ŞƏRH YAZ
8