Ağır avtomobil qəzası: 1 ölü, 5 yaralı - VİDEO
23.05.2022 14:31
866
Hadisə
A
Ağır avtomobil qəzası: 1 ölü, 5 yaralı - VİDEO

Qori-Kareli magistral yolunda ağır avtomobil qəzası baş verib.

Aktual.ge xəbər verir ki, qəza iki avtomobilin toqquşması nəticəsində baş verib və 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qori və Kareli xəstəxanalarına yerləşdirilib. Hadisə yerinə yanğın söndürmə briqadası və təcili yardım cəlb olunub.

Magistral yolun sözügedən hissəsində baş vermiş qəza ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
1