Qiqa Bokeria:
23.05.2022 15:26
370
Siyasət
A
Qiqa Bokeria: "İvanişvili və onun ətrafı hakimiyyətdən tez bir zamanda uzaqlaşdırılmalıdır"

“Nə qədər ki, bizdə bu rejim var - Bidzina İvanişvili və onun ətrafı, Gürcüstanın sülh, azadlıq və təhlükəsizliyə nail olmaq şansı sıfırdır”.

Aktual.ge xəbər verir ki, bu fikirləri müxalif "Avropalı Gürcüstan" partiyasının lideri Qiqa Bokeria hakim "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidzenin müvafiq açıqlamasını şərh edərkən ifadə edib.

“Hakimiyyətdə qalmaq üçün müxalifətin uğursuzluğunu və onun Qərbdəki tənqidlərini günahlandırmaq istəyirlər, lakin biz öz vətəndaşlarımıza doğru hesab etdiyimizi açıq şəkildə söyləməliyik.

Nə qədər ki, bizdə bu rejim var - İvanişvili və onun ətrafı, Gürcüstanın sülhə, azadlığa və təhlükəsizliyə nail olmaq şansı sıfırdır. Ona görə də bütün vətəndaşlar, siyasi simpatiyasından asılı olmayaraq, Gürcüstanı azad dünyanın, Avropanın, NATO-nun, Avropa Birliyinin və qorunan bir parçası kimi görmək istəyən hər kəs rejimin sülh yolu ilə aradan qaldırılmasına öz töhfəsini verə bilər.

Gürcüstanın Avropaya və Qərbə getməsini istəyən hər kəs Bidzina İvanişvili və onun ətrafını hakimiyyətdən tez bir zamanda uzaqlaşdırmağa çalışmalıdır”, - Qiqa Bokeriya qeyd edib.

Xatırladaq ki, bu gün hakim partiyanın sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə "Bizdə olan məlumata görə, radikal müxalifətdən olan bəzi siyasətçilər Gürcüstanın Avropa İttifaqına namizədliyinə qarşı təbliğat aparırlar" deyib.

 

ŞƏRH YAZ
1