ABŞ Dövlət katibi Gürcüstan XİN rəhbərinə məktub ünvanladı
23.05.2022 16:48
367
Siyasət
A
ABŞ Dövlət katibi Gürcüstan XİN rəhbərinə məktub ünvanladı

"30 il ərzində ABŞ və Gürcüstan qlobal təhlükəsizliyin, o cümlədən Əfqanıstan və Birləşmiş Millətlər Təşkilatının inkişafı üçün birgə çalışıblar".

Aktual.ge xəbər verir ki, bu sözlər ABŞ-ın Dövlət katibi Entoni Blinken Gürcüstanın Xarici işlər naziri İliya Darçiaşviliyə ünvanladığı məktubda qeyd olunub.

“Bu baxımdan, biz Gürcüstan hakimiyyətinin qlobal və regional səviyyədə, xüsusən də Kremlin təcavüzü fonunda göstərdiyi səyləri yüksək qiymətləndiririk. Birləşmiş Ştatlar Gürcüstanın Rusiya tərəfindən davam edən işğalını pisləyir və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edir”, - E.Blinken İ.Darçiaşviliyə xarici işlər naziri təyin olunması münasibətilə göndərdiyi təbrik məktubunda qeyd edib.

ABŞ dövlət katibi müraciətində Rusiyanın Ukraynaya təcavüzünün əhəmiyyətindən və beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəyindən də danışıb.

Diplomat Gürcüstan XİN rəhbərinə yazdığı məktubda ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığa sadiq olduğunu vurğulayıb.

“Xarici işlər naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm. Mən sizi əmin etmək istəyirəm ki, Birləşmiş Ştatlar Gürcüstanla strateji tərəfdaşlığa qəti sadiqdir”, - Gürcüstan Xarici İşlər Nazirliyinin tərcümə etdiyi məktubda deyilir.

ŞƏRH YAZ
1