Kvemo Kartli qubernatoruna yeni müavin təyin edilib
24.05.2022 02:44
766
Siyasət
A
Kvemo Kartli qubernatoruna yeni müavin təyin edilib

Kvemo Kartli qubernatoru Giorgi Doxturişviliyə yeni müavin təyin edilib.

Aktual.ge xəbər verir ki, bu barədə sözügedən qurumun "Facebook" səhifəsində məlumat verilib.

Bildirilib ki, Nika Kobaxidze Kvemo Kartlinin dövlət nümayəndəsi Giorgi Doxturişvilinin müavini təyin edilib. 

Qeyd olunub ki, Nika Kobaxidze illərdir dövlət xidmətinin fəaliyyətində fəal iştirak edib.

"Əvvəlcə Tbilisi "Sakrebulo"nun majoritar deputatı, daha sonra Kvemo Kartlidə Dövlət Nümayəndəliyinin administrasiyasında Regional Layihələrin Koordinasiya Xidmətinin rəhbəri vəzifəsində çalışmağa başlayıb",-məlumatda deyilir.

ŞƏRH YAZ
6