Hindistan daha bir məhsulun ixracını qadağan edir
24.05.2022 19:22
172
İqtisadiyyat
A
Hindistan daha bir məhsulun ixracını qadağan edir

Hindistan qida təhlükəsizliyi riski səbəbiylə buğda ixracını qadağan etdikdən sonra şəkər üçün də eyni qərarı verə bilər.

Aktual.ge xəbər verir ki, bu barədə Hindistam hökumətinin rəsmisi bildirib.

Məlumata görə, hökumət yerli bazarda qiymət artımının qarşısını almaq üçün son 6 ildə ilk dəfə şəkər ixracını qadağan etməyi və ixracı 10 milyon tona qədər məhdudlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, dünyanın ən böyük şəkər istehsalçısı olan Hindistan şəkər ixracatında Braziliyadan sonra ikinci yerdədir.

ŞƏRH YAZ
1