Rusiyanın Ukrayna taxılını oğurlamasının peyk görüntüləri yayıldı - FOTO
24.05.2022 19:49
219
Dünya
A
Rusiyanın Ukrayna taxılını oğurlamasının peyk görüntüləri yayıldı - FOTO

Krımın Sevastopoldakı limanının yeni peyk fotoşəkilləri Rusiyanın Ukrayna taxılını oğurlamağa davam etdiyini təsdiqləyir.

Aktual.ge xəbər verir ki, bu barədə CNN “Maxar Technologies”in təqdim etdiyi kadrlara istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya bayraqlı iki yük gəmisinin görüntüləri 19 və 21 may tarixlərində çəkilib.

“MarineTraffic” gəmi izləmə saytının məlumatına görə, hər iki gəmi limanı tərk edib; biri Egeydən keçərək Beyruta, digəri isə Qara dənizə yollanıb.

Qeyd edilir ki, Krım Ukraynanın kənd təsərrüfatı ilə zəngin olan Xerson və Zaporojjya vilayətlərindən fərqli olaraq, az taxıl istehsal edir. Bu səbəbdən taxılların Ukraynanın digər vilayətlərindən oğurlanaraq daşındığı düşünülür.

Yeri gəlmişkən qeyd edək ki, bu ayın əvvəlində Rusiya gəmisi oxşar missiya həyata keçirib: taxıl yüklü gəmilər Qara dənizdən Aralıq dənizinə yollanıb; əvvəlcə Misirə göndərilib, lakin ölkə hökumətinin bildirdiyinə görə, Ukrayna hakimiyyətinin xəbərdarlığından sonra ona İsgəndəriyyəni tərk etmək icazəsi verilməyib. Gəminin Beyruta daxil olması da qadağan edilib, nəhayət sonda Suriyanın Latakia limanına yerləşdirilib.

ABŞ Dövlət Departamentinin məlumatına görə, müharibədən əvvəl Ukraynadan buğda tədarükü dünya ticarətinin demək olar ki, 30%-ni təşkil edirdi. Bundan başqa Ukrayna dünyanın dördüncü ən böyük qarğıdalı ixracatçısı, dünyanın beşinci ən böyük buğda ixracatçısı idi.//Oxu

ŞƏRH YAZ
8