Kutaisidə oğurluq hadisəsi baş verib – Oğrular binaya döşəməni kəsərək daxil olublar
22.09.2020 15:33
184
Hadisə
A
Kutaisidə oğurluq hadisəsi baş verib – Oğrular binaya döşəməni kəsərək daxil olublar
Kutaisidə, İlia Çavçavadze prospektində yerləşən mikromaliyyə təşkilatında oğurluq hadisəsi baş verib. Oğurluq hadisəsi zamanı maliyyə təşkilatından yarım milyon lariyə yaxın pul və qiymətli əşyalar götürülüb. Aktual.ge xəbər verir ki, oğrular binanın zirzəmisindən döşəməni kəsərək binaya daxil olublar. Yerli əhali hadisənin iki gün əvvəl baş verdiyini bildirib. Verilən məlumata əsasən, hadisə zamanı siqnalizasiya qoşulub, mühafizə polisi yerinə gəlib, lakin binaya daxil olmadan hadisə yerini tərk edib və bu zaman oğrular binadan çıxmağı bacarıblar. Hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin oğurluğu nəzərdə tutan 177-ci maddə ilə istintaq başladılıb.Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən sübut kimi kamera qeydlərini götürüblər. Faktla bağlı araşdırma davam edir.
ŞƏRH YAZ
3