Avropa dövlətində heyvanların sirkdə iştirakı qadağan edildi
23.09.2020 01:32
952
Dünya
A
Avropa dövlətində heyvanların sirkdə iştirakı qadağan edildi
Çex Respublikasında parlamentin aşağı palatasında sirklərdə heyvanların zorakılıqdan qorunmasını nəzərdə tutan qanuna dəyişikliklər edilib. Aktual.ge xəbər verir ki, bu barədə yerli “Ekolist” qəzeti məlumat yayır. “Üçüncü oxunuşda Deputatlar Palatası “Heyvanların qəddar davranışdan qorunması haqqında” Qanunda dəyişikliklərə səs verib. Təklif olunan dəyişikliklər, xüsusən də sirklərdə vəhşi heyvanların təliminə aiddir”, - deyə məlumatda qeyd olunur. Ölkədə delfinlərdən başqa, 2004-cü ildən sonra doğulmuş bəzi vəhşi heyvan növlərinin - meymunların, kərgədanların, zürafələrin istifadə olunması qadağan edilib.
ŞƏRH YAZ
0