Gürcüstanda gizlin yollarla qızıl gətirməyə çalışan Türkiyə vətəndaşı saxlanılıb - VİDEO
23.09.2020 10:28
455
Kriminal
A
Gürcüstanda gizlin yollarla qızıl gətirməyə çalışan Türkiyə vətəndaşı saxlanılıb - VİDEO
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gürcüstan gömrük sərhədindən külli miqdarda malın qanunsuz keçirilməsi faktı ilə bir nəfər Türkiyə vətəndaşını saxlayıb. Aktual.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. Yayılan məlumata əsasən, təqsirləndirilən şəxs "Sarp" gömrük keçid məntəqəsindən külli miqdarda qızıl əşyalarını gömrük nəzarətindən gizli şəkildə qanunsuz idxal etməyə çalışarkən ifşa olunub. "İstintaq hərəkətləri nəticəsində ümumi gömrük dəyəri 35000 laridən çox olan 299 qram qızıl əşyaları ələ keçirilib", - deyə məlumatda qeyd olunub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilədək həbs cəzasını nəzərdə tutan 214-cü maddəsinin ikinci hissəsi ilə istintaq aparıldığı bildirilib.
ŞƏRH YAZ
0