Azərbaycan İlahiyyat İnstitutu Gürcüstanın ali dini təhsil ocaqları ilə əməkdaşlıq edəcək
06.06.2022 16:00
349
Din
A
Azərbaycan İlahiyyat İnstitutu Gürcüstanın ali dini təhsil ocaqları ilə əməkdaşlıq edəcək

"Azərbaycanın İlahiyyat İnstitutu Gürcüstanın ali dini təhsil ocaqları ilə əməkdaşlıq edəcək".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında deyib.

O, səfər çərçivəsində Gürcüstanın Ruhani Akademiyasında görüşün keçiriləcəyini bildirib:

"İnstitutumuz dünyanın bir çox ölkələrində fəaliyyət göstərən ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, özündə elmi müstəvidə əməkdaşlığı, birgə seminar, konfrans, simpoziumların keçirilməsini ehtiva edən bir sıra müqavilələrimiz var. Əməkdaşlıq haqqında bu cür sənədin gələcəkdə Gürcüstanla da imzalanması barədə düşünürük".

ŞƏRH YAZ
3