Azərbaycan nümayəndə heyəti Marneuli mərkəzi Məscidində olublar - FOTO
09.06.2022 01:38
579
Din
A
Azərbaycan nümayəndə heyəti Marneuli mərkəzi Məscidində olublar - FOTO

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini

Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevin başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstanda davam edən səfərləri çərçivəsində 8 iyun tarixində Marneulidə olublar.

Aktual.ge xəbər verir ki, nümayəndə heyyəti Marneulidə yerləşən Hz.İmam Hüseyn (ə.s) Məscidini ziyarət etdikdən sonra rayonun mərkəzi Hz.İmam Əli (ə.s) Məscidinə gəliblər.

İbadət evində qonaqları Məscidin axundu və imam cümələrdən biri Hacı Hacıyev, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Mirtəqi Əsədov və İmam Əli (ə) Xeyriyyə Fondunun rəhbəri Hacı Amil Xəlilov qarşılayıblar.

Ardından Məscidin həyətində şirniyyat süfrəsi arxasında ibadət evinin məsul şəxsləri Hz.İmam Əli (ə.s) Məscidinin tarixi, fond, görülən işlər və gələcək planlar barədə məlumat veriblər. Marneulidə olmaqdan məmnuniyyət hissi keçirdiklərini ifadə edən Sahib Nağıyev DQİDK-ın fəaliyyəti haqda danışıblar və gələcəkdə birlikdə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Görüşdə Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və bir sıra dini, eləcə də mədəniyyət sahəsində ki, mövzular müzakirə olunub.

Görüşdə Sahib Nağıyevin rəhbərlik etdiyi nümayəndı heyətinı İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin Türk Dilli Dövlətlər və Gürcüstan şöbəsinin müdiri Vüsal Məmmədov, Azərbaycanın Gürcüstandakı Səfirliyinin birinci katibi Anar Rəsulov və digərləri iştirak edib.

ŞƏRH YAZ
2