13.06.2022 15:24
411
Siyasət
A
"Bidzina İvanişvili hakimiyyətə gəlməsəydi, ölkəmiz bu gün olmazdı" - Qaribaşvili

“Hamı və ən əsası bütün avropalılar bilirlər ki, biz Moldova və Ukraynanı bütün istiqamətlərdə qabaqlayırıq”.

Aktual.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında söyləyib.

Baş nazir iclasda “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilidən də söz açıb:

“Əgər Bidzina İvanişvili hakimiyyətə gəlməsəydi, bu gün ölkəmiz olmazdı, çünki ölkəmiz müharibəyə cəlb olunacaqdı. Burada ikinci Mariupol təşkil ediləcəkdi. 2008-ci ildə etdikləri - Ali Baş Komandanın (Mixail Saakaşvilini tutur nəzərdə -Red.) yerə uzanaraq bütün dünyaya biabırçı üz göstərməsini xatırlayırıq. Kim öldürüldü və məhv edildi? Biz ərazilərimizi, 100-dən çox kəndimizi itirdik. Bu, onların başlatdıqları məsuliyyətsiz siyasətin davamıdır".

ŞƏRH YAZ
24