
Kateqoriyalar
Hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze Baş nazir İrakli Qaribaşvilinin mümkün istefası ilə bağlı yayılan iddiaları absurd adlandırıb.
Aktual.ge məlumat verir ki, o, bununla bağlı jurnalistlərə açıqlamasında belə deyib.
"Bu tamamilə absurd sualdır və rolları Bakurianidə hansısa planlar qurmaq olan insanların arzusudur. Bilirsiniz ki, bu planlar iyunun 24-də, mitinqdə açıqlanacaq. Bu, onların yazılmamış arzusudur",-deyən İrakli Kobaxidze əlavə edib:
“Bütün parametrlər üzrə Gürcüstanın 'üçlük'də (Ukrayna, Gürcü Moldova -Red.) birinci yerdə olması üçün nəyə görə [rakli Qaribaşvili istefa verməlidir?”.