Bakı-Tbilisi-Bakı uçuşları başlayır
22.06.2022 20:40
296
İqtisadiyyat
A
Bakı-Tbilisi-Bakı uçuşları başlayır

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq".

Aktual.ge xəbər verir ki, bu barədə AZAL şirkəti məlumat yayıb.

Bildirilib ki, Bakı-Tiflis-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

Qeyd etmək lazımdır ki, Bakı-Tiflis-Bakı istiqamətində eyni zamanda "Buta Eyrveys" aşağıbüdcəli aviaşirkəti hər gün iki dəfə uçuşlar həyata keçirir.

Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

ŞƏRH YAZ
4