Baş nazir danışdı, parlamentə səs-küy qopdu | Saakaşvili onları süpürgə ilə...
22.06.2022 20:51
515
Siyasət
A
Baş nazir danışdı, parlamentə səs-küy qopdu | Saakaşvili onları süpürgə ilə...

"Nə cürətlə bizə insan haqlarından danışırsınız?! Saakaşvilinin manyak, qatil, zalım sistemi tərəfindən 300 min insan mühakimə olunub".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Parlamentdə illik hesabat təqdim edərkən deyib.

Onun sözlərinə görə, əvvəlki hakimiyyətin dövründə həbsxanalarda insanlara işgəncə verilirdi, öldürülürdü, süpürgə və dəyənəklə zorlanırdı:

"2012-ci ilin 1 oktyabr tarixinədək Gürcüstanda nə azad media, nə də azad məhkəmə var idi, hər gün vətəndaşlarımıza işgəncələr verən, qətlə yetirən bir manyak və onun cinayətkar komandası diktatura və avtoritar rejimi günü-gündən qanuniləşdirirdi. Bu adamlar hansı insan haqlarından danışır, ümumiyyətlə, hansı əxlaqa sahibsiniz, insan haqlarını bizə xatırlatmağa necə cürət edirsiniz?! 300 min insan Saakaşvilinin manyak, qatil, zalım sistemi tərəfindən mühakimə olunub. Həbsxanalarda insanlara işgəncə verilirdi, öldürülürdü, süpürgə və dəyənəklə zorlanırdı, insanların təhlükəsizlik hissi yox idi, minlərlə iş Strasburq məhkəməsinə göndərilmişdi".

Məlumat üçün bildirək ki, İrakli Qaribaşvilinin sözlərinə bir sıra millət vəkilləri etiraz və səs-küy baş verib.

ŞƏRH YAZ
18