Levan Mamaladze Marneulidə xüsusi görüş keçirib - FOTO
22.06.2022 21:05
603
Siyasət
A
Levan Mamaladze Marneulidə xüsusi görüş keçirib - FOTO

Sabiq Kvemo Kartli qubernatoru Levan Mamaladze Marneulidə bir sıra siyasi və ictimai fəallarla xüsusi görüş keçirib. 

Aktual.ge məlumat verir ki, 22 iyun Marneulidə Muğam restoranında siyasətçi sabiq iş yoldaşları və silahdaşları ilə süfrə arxasında bir araya gəlib.

Belə ki, sosial şəbəkə də paylaşılan fotolarda Gürcüstan Parlamentinin 4 keçmiş deputatı - Azər Süleymanov, Hidayət Hüseynli, Ramiz Bəkirov, İsaq Novruzov və bir sıra digər ictimai və ağsaqallarla görülüb.

Xatırladaq ki, 19 il sonra Levan Mamaladze Gürcüstana qayıdıb. O, "Qızılgül İnqilabından" sonra Gürcüstanı tərk edərək Rusiyaya sığınmışdı, məhkəmə onu külli miqdarda rüşvət tələb etmə ittihamı ilə 17 il həbs cəzasına məhkum etmişdi. Sabiq qubernator gəlişi zamanı media nümayəndələrinə açıqlamasında yenidən siyasətlə məşğul olacağını bildirmişdi.

ŞƏRH YAZ
8