Baş nazir:
23.06.2022 11:44
144
Siyasət
A
Baş nazir: "Şans oyunları 1 milyondan çox nəfərə qadağan edilib"

"Bu zərərli, ölümcül oyunları 1 milyon 500 min nəfər üçün qadağan etmişik".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə deputatların sualına cavabında bildirib.

Onun sözlərinə görə, şirkətlər büdcəyə 110 milyon lari vergi ödəyib.

“Parlament bizim təşəbbüsümüzə güclü dəstək verdi və biz qanunları dəyişərək nə etmək lazımdısa onu etdik. 

Lotereya, qumar və oyunların təşkili haqqında qanuna əsasən, qumar oyunlarına qadağan olunmuş şəxslərin siyahısına təxminən 1 milyon 500 min nəfər daxildir.

Həmin vəsait başqa işlərə sərf olunur. Bilirsiniz, biz qumar şirkətlərinin vergilərini artırmışıq və onlar büdcəyə daha çox vergi ödəyirlər. 110 milyon lari büdcədən bu şirkətlərə ödənilən gəlirdir", - deyə Baş nazir bildirib.

ŞƏRH YAZ
6