Gürcüstanda dizel yanacağı niyə bahalaşır? - İttifaq rəhbəri məsələyə aydınlıq gətirdi...
23.06.2022 12:07
284
İqtisadiyyat
A
Gürcüstanda dizel yanacağı niyə bahalaşır? - İttifaq rəhbəri məsələyə aydınlıq gətirdi...

Gürcüstanda son bir həftə ərzində dizel yanacağının qiyməti bahalaşıb. Markalı yanacaqdoldurma məntəqələrində dizel yanacağının bir litrinin qiyməti 4,40 lari keçib.

Aktual.ge xəbər verirk i, Neft İdxalçıları İttifaqının rəhbəri Vano Mtvralaşvilinin sözlərinə görə, Gürcüstanda dizel yanacağı qıtlığı var ki, bu da bir neçə amil, o cümlədən Azərbaycan və Rusiyadan idxalın əhəmiyyətli gecikmələri ilə əlaqədardır.

“Bu gün bizə dizel yanacağının əsas tədarükçüsü Azərbaycandır. Son 2 həftə ərzində Azərbaycan ölkəmizi dizel yanacağı ilə təmin edə bilmir. Bunun əsas səbəbi Azərbaycanda neft emalı zavodunun yenidən təchiz edilməsidir. Bu gün bu məhsulun idxalının 40-45 faizi Azərbaycandan edilib. İkinci səbəb Rusiya Federasiyasından idxalın gecikməsidir. Rusiya işğalçı ölkə kimi hazırda müharibədədir və ona görə də bu yanacaq müharibə üçün istifadə olunur. Məhsul yığımı prosesi də davam edir ki, bu da öz növbəsində külli miqdarda dizel yanacağı tələb edir.

Son nəticədə bu iki amil Gürcüstanda dizel yanacağının qıtlığına və nəticədə qiymətlərin artmasına səbəb olur. Aydındır ki, Gürcüstanın alternativ təchizatçılara keçmək imkanı var, lakin onların qiyməti xeyli bahadır", - deyə Neft İdxalçıları İttifaqının rəhbəri Vano Mtvralaşvili bildirib.

ŞƏRH YAZ
2