Hökumət Administrasiyası qarşısında aksiya keçirən Mamedovlar ailəsi – “Baş nazirlə görüşmədən buradan getməyəcəyik”
23.09.2020 23:39
668
Hadisə
A
Hökumət Administrasiyası qarşısında aksiya keçirən Mamedovlar ailəsi – “Baş nazirlə görüşmədən buradan getməyəcəyik”
Kaxeti bölgəsinin İormuğanlo kənd sakinləri - Mamedovlar ailəsi Tbilisi Hökumət Administrasiyası qarşısında azyaşlı uşaqları ilə birlikdə aksiya keçirirlər. Ailə İormuğanlı kənd qəyyumu tərəfindən zorakılığa məruz qaldıqlarını və canlarının təhlükədə olduğunu bildirərək Baş nazir Gorgi Qaxaria ilə görüşməyi tələb edir. Aktual.ge “Mtavari Arxi”ə istinadən xəbər verir ki, Mamedovlar ailəsi yerli cinayətkarların təhdidlərinə məruz qaldıqlarını, kənddə qanunun mözvcud olmadığını və oradakı vəziyyətin kriminal aləminin nümayəndələri tərəfindən idarə olunduğunu söyləyirlər. Baş nazirlə görüş tələb edən ailə üzvləri kəndin qəyyumunu, konkret olaraq Muxdar İsmayılovu təzyiqdə və zorakılıqda günahlandıraraq İsmayılovun polis oğlu ilə birlikdə kənddəki müəyyən dairələri onlara qarşı təhrik etdiyini, kəntdə tez-tez onlara hücum etdiklərini bildiriblər. "İormuğanlı kəndinin qəyyumu Muxdar İsmayılovun oğlu Şirzad İsmayılov, təxminən iki həftə əvvəl (3 sentyabr tarixində - red.) həyat yoldaşımı evdən sürüyərək çıxartdı və səbəbsiz yerə yaraladı. Bundan sonra Şirzad İsmayılov saxlanıldı. Buna baxmayaraq atası, kənd qəyyumunun polis olan ikinci oğlu, kənd cinayətkarlarını bizə qarşı çıxartdı. Avtomobilimiz hərəkətdə olarkən bizi yolda saxladılar. Azyaşlı uşaqlarımız da maşında idilər. Belə hallar bir neçə dəfə olub və bizə diqqət yetirməyinizi xahiş edirik. Qaxariya ilə görüşmədən və təhlükəsizliyimizin qorunmasına zəmanət verilmədən buradan getməyəcəyik”,- deyə Mamedovlar ailəsinin xanımı bildirib.
ŞƏRH YAZ
2