Mixeil Saakaşvilidən iddialı açıqlama – “Özümü hökumətin başçısı kimi görürəm”
24.09.2020 00:00
1718
Siyasət
A
Mixeil Saakaşvilidən iddialı açıqlama – “Özümü hökumətin başçısı kimi görürəm”
“ ‘Vahid Milli Hərəkat’ ‘Avropalı Gürcüstan’a Paritet əsasında bərabər tərtib edilmiş bir siyahı hazırlamağı təklif etdi, lakin rədd cavbı aldıq”. Aktual.ge xəbər verir ki, bunu “TVPirveli”nin sualını cavablandırarkən keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvili söyləyib. Eks-prezidenti özünü bir keçid hökumətinin başçısı kimi gördüyünü ifadə edib. "Həmişə birliyin tərəfdarı olmuşam və bu belə də davam edəcək. İlk öncə təklifim bütün müxalifət qruplarının vahid bir siyahı hazırlayıb baş nazir vəzifəsinə namizəd seçməsi idi, əlbəttə ki, bu namizəd mən olmayacaqdım. Bir çox qrup bunu rədd etdi və nəticədə istəyimiz baş tutmadı. İkincisi, ‘Avropalı Gürcüstan’a təklif etdik ki, paritet əsasda siyahını bərabər şəkildə tərtib edək, parlament spikeri və baş nazir vəzifələri ilə bağlı ayrıca bir razılaşma əldə edək və yenə əlbəttə ki, mənim namizədliyimə baxılmasın. Bu təklif də niyəsə onlar tərəfindən rədd edildi. Hazırda ‘Vahid Milli Hərəkat- Birləşmiş Müxalifət’lə birlikdə çox layiqli insanların siyahısını hazırladı və məni isə baş nazirliyə namizəd göstərdi. Əminəm ki, bu birlik Gürcüstanın gələcək Parlamentində çoxluq qazanmaq və daha sonra həm ölkə daxilində, həm də xaricində geniş bir nümayəndəliyi ilə sonra köhnə şikayətlərin kənara qoyulacağı, heç kimin qisas almağı düşünməməsi prinsipinə əsaslanacaq yeni bir Gürcüstan hökuməti qurmaq üçün böyük potensiala malikdir. Gürcüstan siyasətinə tamamilə yeni insanlar gəlməlidir. Özümü bir keçid hökumətinin başçısı kimi görürəm. Ölkəni bataqlıqdan çıxarmalı, sabitləşdirməli, yeni oyun qaydaları yaratmalıyıq və hakimiyyəti tamamilə yeni nəsil gürcü xadimlərinə təhvil verməliyik. Biz yalnız bir şeydən məmnun olmalıyıq, o da ölkəmizin uğuru olmalıdır. Biz öz şəxsi yerimizin harada olduğu deyil, ölkəmizin harada olduğunu düşünməliyik. Bu belə də olacaq!",- deyə M.Saakaşvili qeyd edib.
ŞƏRH YAZ
0