Baş nazir kəskin yoluxmalar haqda danışdı - Artım gözlənilirdi
24.09.2020 11:03
649
Siyasət
A
Baş nazir kəskin yoluxmalar haqda danışdı - Artım gözlənilirdi
“Koronavirusa yoluxanların sayında artım gözlənilirdi və biz də bunun üçün hazırlaşırdıq”. Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria bugünkü hökumət iclasında söyləyib. Hökumət başçısı ölkədəki hərəkətliliyin artmasının infeksiya sayının artmasına da səbəb olduğunu qeyd edib. "İnfeksiyada kəskin bir artım mövcudur və bu hal gözlənilən idi. Məhdudiyyətlərin qaldırılmasının virusa yoluxan insanların sayının artmasına səbəb olacağını hər zaman deyirdik. Əlbəttə ki, artan hərəkətliliyin nəticəsi bu gün, xüsusən Acarıstanda olan göstəricilərdir, amma hamımız bunun proqnozlaşdırıla biləcəyini və buna hazırlaşdığımızı anlamalıyıq. Əvvəldən də virusla mübarizənin bir neçə mərhələdən ibarət olduğunu bildirdik, əlbəttə ki, ilk işimiz virusun zamanla mümkün qədər sürətlə yayılmasının qarşısını almaq üçün ehtiva etmək idi. Bunun izahı var idi, o zaman yalnız Gürcüstanda deyil, dünyada da virusla bağlı məlumat və qaynaqlar az idi. Vətəndaşlarımızın həyatını xilas etməliyik. Beynəlxalq səviyyədə tanınan ikinci mərhələ uyğunlaşma mərhələsidir və bu uyğunlaşma üçün zamana ehtiyacımız var. Bu gün biz uyğunlaşma və idarəetmə mərhələsindəyik" ,- deyə Qaxaria bildirib.
ŞƏRH YAZ
1