SON DƏQİQƏ! Baş nazir:
24.09.2020 11:15
1016
Siyasət
A
SON DƏQİQƏ! Baş nazir: "Sərt qaydalar və nizam-intizamla virusun yayılmasının qarşısını almalıyıq"
"Virusun yayılmasının qarşısını sərt qaydalar, nizam-intizamla almalıyıq, lakin bunu məhdudiyyətlər tətbiq etmədən və iqtisadiyyatı dayandırmadan etməliyik". Aktual.ge xəbər verir ki, bununla bağlı bu gün Baş nazir Giorgi Qaxaria hökumət iclasında bildirib. Onun sözlərinə görə, hər hansı bir məhdudiyyət tətbiq edilərsə bu bütün ölkə miqyasında həayata keçiriləcəkdir. O, məhdudiyyətlərin iqtisadiyyat, təhsil və seçki prosesi kimi sahələrə şamil olunmayacağını bildirib. “Fövqəladə vəziyyət elan etmək və ciddi məhdudiyyətlər tətbiq etmək qərarına gəlsək ilk növbədə ölkənin resurs vəziyyətini və səhiyyə sisteminin vəziyyətini nəzərə alacağıq. Altı ayda səhiyyə sisteminin köklü şəkildə dəyişdiyinə dair təsəvvürlərimiz olmamalıdır. Virusun yayılmasının qarşısını sərt qaydalar, nizam-intizamla almalıyıq, lakin bunu məhdudiyyətlər tətbiq etmədən və iqtisadiyyatı dayandırmadan etməliyik. Bununla birlikdə, demək istərdim ki, nəzəri olaraq qoyula biləcək hər hansı bir məhdudiyyət yalnız hədəfli və lokal olacaq, ümumi məhdudiyyətlər olmayacaq, bu məhdudiyyətlər iqtisadiyyat, təhsil, hətta siyasət sahələrinə və seçki prosesinə tətbiq edilməyəcək”, - deyə Baş nazir G. Qaxaria qeyd edib.
ŞƏRH YAZ
1