Bu gündən Vahid Milli İmtahanlara start verilib
04.07.2022 11:13
168
Maraqlı
A
Bu gündən Vahid Milli İmtahanlara start verilib

Bu gündən etibarən Vahid Milli İmtahanlara start verilib.

Aktual.ge xəbər verir ki, bu gün abituriyentlər gürcü dili və ədəbiyyatından imtahan verirlər.

Ölkə üzrə ümumilikdə 22 imtahan mərkəzi açılıb. İmtahana qeydiyyat bütün imtahan mərkəzlərində eyni vaxtda saat 08:00-dan başlayıb.

Saat 08:00-da Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Sofio Qorqodze Tbilisidəki 175 saylı dövlət məktəbində açılan imtahan mərkəzində iştirak edərək imtahan prosesinin gedişini müşahidə edib.

İmtahan mərkəzi ərazisinə təcili tibbi yardım, xilasetmə xidməti və patrul polisi səfərbər olunub. Vahid milli imtahanlar iyulun 22-də mülki təhsil üzrə imtahanla başa çatacaq.

ŞƏRH YAZ
1