Bu il vahid ümumrespublika imtahanlarında penitensiar müəssisələrdən 25 təqsirləndirilən/məhkum iştirak edir ki, onlardan 6-sı yetkinlik yaşına çatmamış şəxslərdir.
Aktual.ge xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.
Penitensiar Xidmətin məlumatına görə, təqsirləndirilən şəxslərin/məhkumların Vahid Milli İmtahanların imtahan mərkəzlərinə çıxarılması prosesi uğurla davam edir.
Məhkum abituriyentlər üçün imtahan mərkəzlərində müvafiq infrastruktur yaradılmışdır.
“Xüsusi penitensiar xidmətə məhkum olunmuşlar üçün ali təhsil almaq prioritet məsələdir. Bu məqsədlə ədliyyə nazirinin təşəbbüsü ilə məhkumlara universitetlərdə distant təhsil almaq imkanı verən rəqəmsal universitet fəaliyyətə başlayacaq.
Xüsusi Penitensiar Xidmət hər bir abituriyentə uğurlar arzulayır”, - deyə məlumatda bildirilib.