Giorgi Qaxaria:
24.09.2020 11:27
436
Sağlamlıq
A
Giorgi Qaxaria: "Normal həyat və təhsil prosesi bərpa olunmalıdır"
“Ölkədə normal həyat, o cümlədən təhsil prosesi bərpa olunmalıdır”. Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumət iclasında çıxışı zamanı deyib. Hökumət başçısının sözlərinə görə, şagirdlərin siniflərə qayıtmalarına baxmayaraq, məqsədli və hədəflənmiş məhdudiyyətlər yenə tətbiq olunacaq. “Nəzəri cəhətdən tətbiq oluna biləcək hər hansı bir məhdudiyyət, vətəndaşların sağlamlığının qorunmasına hədəflənmiş və lokal olacağını demək istəyirəm, ölkə daxilində sistemli məhdudiyyət olmayacaq. Ölkəmizin iqtisadiyyatı, təhsili, hətta siyasi proses və seçki kampaniyası kimi həyatımızın vacib sahələrində sistemli məhdudiyyətlərin tətbiqi planlaşdırılmır. Bu günkü şurada Gürcüstanda təhsil müddətini bərpa etməyə başlama mərhələlərini müzakirə edirik. Ölkədə risklər nəzərə alınmaqlı, məhdudiyyətlər tətbiq olunmalıdır, lakin ölkədəki normal həyat da bərpa edilməlidir.Təhsil prosesi normal rejimdə davam etdirilməli və uşaqlar siniflərə qayıtmalıdırlar", - deyə G.Qaxaria bildirib.
ŞƏRH YAZ
1