İrakli Kobaxidze:
04.07.2022 15:08
379
Siyasət
A
İrakli Kobaxidze: "Dito Samxaradze ictimaiyyətdən üzr istədi"

"Dito Samxaradze ictimaiyyətdən üzr istəyib və bu, hər şeyi deyir".

Aktual.ge xəbər verir ki, bu sözlərlə "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze çoxluğun üzvü Dimitri Samxaradzenin mitinq iştirakçılarının və Mixeil Saakaşvilinin ünvanına söylədiyi nalayiq ifadələrə münasibət bildirib.

Onun sözlərinə görə, nalayiq sözlər və söyüşlər işlətmək “Milli Hərəkat”ın və onun mətbuat orqanlarının piar xəttlərindən biridir.

"Bununla əlaqədar Dito Samxaradzenin özü danışıb. O, ictimaiyyətdən üzr istədi və bu, üzr hər şeyi deyir. Bütün bunlara, ifadə formalarına münasibətimiz bəllidir və hər zaman buna müraciət etmişik, lakin televiziya verilişləri də daxil olmaqla, nalayiq sözlərdən, nalayiq ifadələrdən istifadə olunmasına gəldikdə isə bu, həmin siyasi qüvvənin piar xətlərindən biridir. Biz həmişə bu xəttə illər boyu, xüsusən 2018-ci ildən sonra etiraz etmişik, lakin bu etiraza heç bir reaksiya verilməyib”, - deyə Kobaxidze bildirib.

Məlumat üçün bildirək ki, “Gürcü Arzusu”nun deputatı Dimitri Samxaradze mitinq iştirakçılarına və Mixeil Saakaşvilinin ünvanına nalayiq sözlər dilə gətirmişdi.

ŞƏRH YAZ
12