Yanacaq bahalaşır, dizelin qiyməti pik həddə çatır - Son vəziyyət
04.07.2022 15:48
652
İqtisadiyyat
A
Yanacaq bahalaşır, dizelin qiyməti pik həddə çatır - Son vəziyyət

Son günlər brend yanacaqdoldurma məntəqələrində qiymətlər yenidən artıb.

Aktual.ge xəbər verir ki, iyunun 21-dən etibarən “Visoli” yanacaqdoldurma məntəqəsində yanacağın qiymətləri müxtəlif kateqoriyalar üzrə 5-19 tetri dəyişdirilib.

Dizel isə bahaşıb. Onların arasında eko dizelin qiyməti 19 tetri bahalaşıb və hazırda 4,76 lari təşkil edir. Avro dizelin qiyməti isə 18 tetri bahalaşaraq 4,72 lari təşkil edib.

“Gulf” markalı məntəqələrdə isə 7-10 tetri bahalaşma var. Yanacaqların bahalaşması "SOKAR" yanacaqdoldurma məntəqələrində də mövcuddur. Sözügedən məntəqədə qiymətlər 5-11 tetri artıb.

“Dizel yanacağı ilə əlaqədar vəziyyət kritik dərəcədə çətindir, çünki beynəlxalq dizel qiymətləri əhəmiyyətli dərəcədə artıb. İkinci amil odur ki, hazırda təchizatla əlaqədar böyük problemlər var. Artıq 2 aydan çoxdur ki, Azərbaycandan dizel yanacağı yoxdur. Səbəb Azərbaycan dizel istehsalı zavodunun yenidən texniki təchizatıdır. Gürcüstanda satılan dizelin 40-45%-i Azərbaycandan gəlirdi və logistika zənciri kifayət qədər qısa idi. Bundan əlavə, dizel yanacağı Rusiyadan xeyli gecikmələrlə gəlir. Bu amillər dizelin qiymətini bir ay ərzində 40-45 tetri artırıb”, - deyə Neft Məhsulları İdxalçıları İttifaqının rəhbəri Vano Mtvralaşvili bildirib.

Beynəlxalq bazarda kəskin qiymət dəyişkənliyi qalmaqdadır, lakin iyunun ortalarında 125 dollardan sonra Brent markalı neftin qiyməti ucuzlaşıb. İyunun 4-də Tbilisi vaxtı ilə saat 14:00-a olan hərraclarda Brent markalı neftin 1 barelinin qiyməti 112,3 dollar təşkil edib.

ŞƏRH YAZ
12