Kateqoriyalar
Böyük Briraniya Belarusa qarşı sanksiyalar paketi qəbul edib.
Aktual.ge xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən sanksiyalar arasında Rusiyanın Ukraynaya təcavüzünə dəstək üçün təxminən 73 milyon dollarlıq mallara qoyulan qadağa da var.
Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bu gün Belarus dəmir və polad idxalını qadağan edən yeni iqtisadi, ticarət və nəqliyyat sanksiyaları elan edib.
Eyni zamanda, Britaniya neft məhsulları, qabaqcıl texnoloji komponentlər və lüks məhsulların ixracını da qadağan edəcək.
KİV-in məlumatına görə, sanksiyalar iyulun 5-dən qüvvəyə minəcək və məhdudiyyətlər Belarus şirkətlərinə Londonda qiymətli kağızlar buraxmağı da qadağan edəcək.