Qoqi Meşveliani: “Çətinliklərin öhdəsindən gəlmək üçün əhali ilə birgə işləyirik
24.09.2020 11:41
1958
Siyasət
A
Qoqi Meşveliani: “Çətinliklərin öhdəsindən gəlmək üçün əhali ilə birgə işləyirik"
“Mövcud çətinliklərin öhdəsindən gəlmək üçün əhali ilə işləyirik”. Aktual.ge xəbər verir ki, bunu “Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Bolnisi-Dmanisi-Tsalka və Tetritskaro seçki dairəsi üzrə majoritar namizədi Qoqi Meşveliani Dmanisi rayonunun Kvemo Orozmani, Zemo Orozmani, Vake, Mtisdziri, Yırğançay və Sakire kənd sakinləri ilə görüşü zamanı söyləyib. Yerli əhalinin ehtiyaclarını və çətinliklərinin dinləyən hakim komanda namizədi əhali ilə birgə bu problemlərin həll yollarını müzakirə edib. Öz növbəsində yerli sakinlərlə gələcək fəaliyyət planlarını bölüşən Q.Meşveliani, “Gürcü Arzusu” hakimiyyəti altında hər-kəsin öz fikirlərini açıq şəkildə ifadə edə biləcəyini vurğulayıb. “Əhaliyə onları narahat edən bütün məsələlər barədə vaxtında və uyğun tədbirlər görəcəyimizə dair söz verdik. Onlarla birlikdə bütün çətinliklərin öhdəsindən gəlmək üçün fəal şəkildə işləyəcəyik”,- deyə Q.Meşveliani bildirib.
ŞƏRH YAZ
7