Marneuli-Sadaxlı yolunda avtomobil qəzası baş verib
05.07.2022 10:46
712
Hadisə
A
Marneuli-Sadaxlı yolunda avtomobil qəzası baş verib

Marneuli-Sadaxlı magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.ge xəbər verir ki, hadisə sözügedən magistral yolun Yuxarı Saral hissəsində olub.

Şahidlərin sözlərinə görə, qəza "Mercedes Benz" avtomobillərinin toqquşması nəticəsində meydana gəlib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Xoşbəxtıikdən qəzada ölən və ya yaralanan olmayıb.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

ŞƏRH YAZ
2