05.07.2022 11:20
211
Maraqlı
A
"Rustavi Mol" bu tarixdə açılacaq - Həmtəsisçidən açıqlama

Rustavidə çoxfunksiyalı “Rustavi Mol və Aparthotel” kompleksi tikilir.

Aktual.ge xəbər verir ki, “Nyu Mol” investor şirkətinin həmtəsisçisi Quqa Çanava bildirib ki, “Rustavi Mol”un açılışı 2023-cü ilə planlaşdırılır.

Ümumi sərmayəsi 10-15 milyon dollar olan çoxfunksiyalı kompleksdə aparthotel də yer alacaq.

Quqa Çanavanın sözlərinə görə, tikinti prosesi artıq başa çatıb və hazırda brendlərlə danışıqlar aparılır.

Onun sözlərinə görə, ticarət mərkəzi Rustavidə əvvəllər olmayan obyektləri birləşdirəcək.

"Rustavi Mol-un açılışı koronavirus səbəbilə təxirə salınmışdı. İndi biz qrafikə uyğun prosesləri izləyirik. Binanın daxili planlaşdırılmasını başa çatdırmışıq və brendlərlə danışıqlara başlayırıq. Molun ərazisi 5 min kvadratmetrdir və daxilində iaşə obyektləri də daxil olmaqla, kinoteatr və əyləncə mərkəzləri mövcud olacaq ki, bununla sakinlər özlərini komfortlu hiss edəcəklər", - deyə həmtəsisçi bildirib.

ŞƏRH YAZ
0