Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq hərəkətləri nəticəsində əvvəllər müxtəlif cinayətlərdə təqsirli bilinən 2000-ci il təvəllüdlü F.D. qəsdən adamöldürmə və qanunsuz olaraq odlu silah satın alma və saxlama ittihamları üzrə saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il iyulun 3-də Marneulidə 1976-cı il təvəllüdlü V.O.-ya odlu silahdan bir neçə dəfə atəş açıb.
Aldıqları xəsarətlər nəticəsində V.O. aparıldığı tibb müəssisəsində dünyasını dəyişib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin ertəsi günü cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
Cinayət silahı maddi sübut kimi götürülüb.
İstintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan 108 və 236-cı maddələri ilə aparılır.