05.07.2022 12:54
222
İdman
A
"Lex" - "Qarabağ" oyunu: Bu gün saat neçədə, hansı telekanalda?

Azərbaycan çempionu "Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə start verəcək.

Aktual.ge xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ÇL-in 1-ci təsnifat mərhələsində Polşa "Lex”i ilə qarşılaşacaq. "Köhlən atlar” "Lex”lə ilk matçını bu gün – Polşada keçirəcək.

"Lex” – "Qarabağ” matçı saat 22:00-dan etibarən "CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

"Qarabağ” "Lex”ə qarşı cavab matçını bir həftə sonra Bakıda keçirəcək.

ŞƏRH YAZ
0