Finlandiya və İsveçin xarici işlər nazirləri Pekka Haavisto, Ann Linde və 30 NATO ölkəsinin səfiri NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə iki şimal ölkəsinin Şimali Atlantika Alyansına qoşulması haqqında protokolları imzalayıblar.
Aktual.ge xəbər verir ki, sənədlər bütün NATO dövlətləri tərəfindən ratifikasiya edildikdən sonra Finlandiya və İsveç alyansın üzvü olacaq.
"Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayıb ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratik ölkələri üçün açıqdır. Bu Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə gücləndikcə xalqlarımız də özlərini bərabər hüquqlu hiss edəcəklər" deyə NATO-nun baş katibi Yens Stoltenberq mərasimi açarkən deyib.
Qeyd edək ki, iyulun 4-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün danışıqlara başlayıblar. Bu da alyansın tarixində mütləq rekorddur çünki adətən danışıqlar prosesi illərlə çəkə bilər.