Jurnalist Etikası Xartiyası:
05.07.2022 14:24
272
Siyasət
A
Jurnalist Etikası Xartiyası: "Jurnalistlərin təhlükəsizliyi narahatlıq yaradır"

5 iyul 2021-ci il zorakılığından 1 il sonra jurnalist etikası xartiyasında mediaya qarşı hücumlarla əlaqədar onlarla faktın hələ də araşdırılmadığı, "Ləyaqət" yürüşü ilə əlaqədar etiraz aksiyasının təşkilatçılarının məsuliyyətə cəlb edilmədiyi vurğulanır.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Jurnlist Etikası Xartiyası məlumat yayıb.

Məlumatda, sözügedən təşkilat jurnalistlərin təhlükəsizliyinin narahatedici vəziyyətdə olduğunu hesab edir və hakimiyyəti media mühitinin yaxşılaşdırılması üçün dərhal təsirli addımlar atmağa çağırır.

Təşkilatın fikrincə, bu cür yanaşma media nümayəndələrinə qarşı zorakılığı daha da təzələyir:

5 iyul 2021-ci ildə hakimiyyət media nümayəndələrinin müdafiəsini təmin etməyib. Üstəlik, bu hallar düzgün araşdırılmayıb və adları ictimaiyyətə məlum olan "Ləyaqət" yürüşünün əleyhinə keçirilən aksiyanın təşkilatçıları da məsuliyyətə cəlb edilməyib. 

Qeyd edək ki, dövlət rəsmiləri media nümayəndələri ilə aqressiv danışmağa davam edir və mediaya hücum halları hələ də araşdırılmamış olaraq qalmaqdadır. Belə yanaşma media nümayəndələrinə qarşı zorakılığı daha da təzələyir. 

Ölkəmizin Avro-Atlantik inteqrasiyası üçün media azadlığı və təhlükəsizliyi lazımdır. 

Xartiya jurnalistlərin təhlükəsizliyi baxımından narahatedici vəziyyətin olduğunu hesab edir və hökuməti media mühitinin yaxşılaşdırılması üçün dərhal təsirli addımlar atmağa çağırır”, - deyə məlumatda bildirilib.

ŞƏRH YAZ
0