Marneulidə koronavirusa yoluxan şəxsin ünvanı açıqlandı
24.09.2020 13:20
1673
Sağlamlıq
A
Marneulidə koronavirusa yoluxan şəxsin ünvanı açıqlandı
Marneulidə koronavirusa yoluxan şəxsin Şaumian kəndində yerləşən məcburi köçkün qəsəbəsindən olduğu bildirilib. Bu barədə məlumatı Aktual.ge xəbər portalı Marneuli Aversi Klinikasının menejeri Manana Kapanadzedən alıb. O bildirib ki, koronavirusa yoluxan şəxs Şaumian kəndində yerləşən məcburi köçkün qəsəbəsindəndir. M.Kapanadze koronavirusa yoluxan Marneuli sakininin ortayaşlı qadın olduğu bildirərək, pasiyentin dünən axşam saatlarında koronavirus simptomları ilə Aversi klinikasına yerləşdirildiyini ifadə edib. Onun sözlərinə görə, pasiyent hazırda Marneulidə Aversi klinikasının boks şöbəsində olduğunu ve günün ikinci yarısında isə Tbilisiyə aparılacağını bildirib.
ŞƏRH YAZ
0