Gürcüstanın bu şəhərlərində tədris prosesi sinif otaqlarında keçiriləcək
24.09.2020 14:47
264
Mədəniyyət
A
Gürcüstanın bu şəhərlərində tədris prosesi sinif otaqlarında keçiriləcək
"Tbilisi, Rustavi, Kutaisi və Zuqdididə 1 oktyabrdan etibarən tədris prosesi 1-6-cı sinif şagirdləri üçün, Poti və Qori şəhərlərində isə bütün sinif şagirdləri üçün sinif otaqlarında keçiriləcək". Aktual.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə bəyan edib. Onun sözlərinə görə, ali təhsil müəssisələri tədris prosesinə uzaqdan təhsil rejimində davam edəcəklər. "Acarıstandan başqa uzaqdan təhsil rejimində olan bütün məktəblərdə 1 oktyabr tarixindən etibarən 1-6-cı sinif şagirdləri təhsil prosesinə sinif otaqlarında davam edəcəklər. Bu qanun Tbilisi, Rustavi, Kutaisi və Zuqdi məktəblərinə aiddir, Poti və Qoridə isə bu dörd şəhərdən fərqli olaraq tədris prosesi 1 oktyabrdan etibarən bütün siniflərdə davam edəcəkdir. Qeyd olunan şəhərlərdə tədris prosesi sinif otaqlarında davam etdiriləcək lakin valideyinlərə uzaqdan təhsil modelini seçmək şansı da veriləcək”,- deyə N.Mezvrişvili bildirib.
ŞƏRH YAZ
0