Unun bahalaşması çörəyin qiymətinə də təsir edəcəkmi?
Əvvəl 1 torba unun qiyməti 55 lari idisə, bu gün artıq 58 laridir. Unun bahalaşması çörəyin bahalaşmasına da səbəb olacaq.
Aktual.ge "Mtavari Arxi"ə istinadən xəbər verir ki, unun qiyməti bahalaşıb.
Çörək İstehsalçıları Birliyi hələlik unun mövcud qiymətini qoruyub saxladıqlarını və bu şəkildə nə qədər davam edə biləcəklərinin məlum olmadığını söyləyib.
Çörəkdən əlavə mütəxəssislər digər məhsullarda bahalaşma proqnozlaşdırır və əhalinin oktyabr ayında milli valyutanın devalvasiyasının ağır nəticələrini hiss edəcəklərini söyləyirlər.
Məlumata görə, qiymət artımına milli valyutanın gündəlik devalvasiyası səbəb olur. "Bloomberg"dəki lari bu gündən etibarən ucuzlaşıb və 1 ABŞ dolları 3 lari 28 tetridir. Rəsmi məzənnəsi isə 3.26 laridir. Artıq Milli Bank valyuta məzənnəsini günün sonunda təyin edəcək. Eyni zamanda, Gürcüstan Milli Bankının daha 40 milyon dollar satacağı bildirilir.