Valideyinlərin nəzərinə! – Təhsil nazirindən valideynlərə təklif
24.09.2020 15:16
604
Mədəniyyət
A
Valideyinlərin nəzərinə! – Təhsil nazirindən valideynlərə təklif
"1 oktyabr tarixindən etibarən övladının məktəbə getməsini istəməyərək təhsilinə uzaqdan tədris modeli ilə davam etməsini istəyən valideyinlərə bu şans veriləcək" Aktual.ge xəbər verir ki, bu barədə Təhsil naziri Mixeil Çxenkeli Koordinasiya Şurasının iclasından sonra bildirib. Nazirin sözlərinə görə, bu şans bütün şagirdlərin valideyinlərinə veriləcək. Övladının təhsilini uzaqdan tədris modeli ilə davam etdirməsini istəyən valideyin Təhsil Nazirliyinin saytında qeydiyyatdan keçə biləcək. “Əgər valideyn uşağının uzaqdan tədris modeli ilə təhsilinə davam etməsini üstün tutarsa, ona bu şans veriləcək. Uzaqdan tədris modelindən sinif otağında tədris rejiminə keçən məktəblərdə, birinci sinifdən altıncı sinifə qədər Tbilisidə, Rustavi, Kutaisi və Zuqdididə, Qori və Potidə isə bütün sinif şagirdlərinin valideyləri uşağın uzaqdan tədris modeli ilə təhsilinə davam etməsini üstün tutsa, ona bu şans veriləcək. Təfərrüatlara gəlincə, bütün məlumatlar Nazirliyimizin rəsmi saytında dərc ediləcəkdir. Valideynlər elektron qeydiyyatdan keçərək övladının uzaqdan tədris prosesinə qoşulmasını təmin edə biləcək”, - deyə M.Çxenkeli bildirib.
ŞƏRH YAZ
1